“Tülkü tülkü tünbəki” təqdim olundu…

0
210

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasının premyerası olub.
Tamaşa 2016-cı ilin “Multikulturalizm ili” elan olanması çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanıb. Eyniadlı səhnə əsərinə teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri Xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assisenti Tacəddin İmanovdur.
Səhnə əsərində Zülfiyyə Alhüseynova, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Elgün Yəhyayev, Yusif Dadaşov, Bəhram Həsənov və Aydın Dəmirov iştirak edəcəklər.
Yeni tamaşa öz azyaşlı izləyicilərinə birlik, dostluq, qəhrəmanlıq kimi nəcib xüsusiyyətləri aşılayır.