Səhv görünən düzlər

0
452

Kaxaber Sxadadze  müstəqil Azərbaycan futbolunda ən çox duruş gətirən baş məşqçidir. Düzdür, Valentin Xodukin ondan daha öncə Azərbaycana gəlib. Amma qocaman metodik “İnter”in baş məşqçisi postundan getdikdən sonra ancaq uşaq futbolunda çalışıb.

Bu mənada, Kaxaber Sxadadzeni Azərbaycanda ən uzun müddət çalışan baş məşqçi adlandıra bilərik.. Əminliklə… Belə getsə, hələ çox çalışacaq… “İnter” olmasın, başqa bir komanda olsun!

Onun xidmətində hər zaman digər Azərbaycan klubları da maraqlı olublar. Bəli, reallıq budur ki, Kaxa Sxadadze insan kimi yüksək keyfiyyətlərə malik deyil. Çox adam onun davranışından narazıdır. Amma futbol savadı, biliyi, işə yanaşma tərzindən ondan narazı qalan adamlar belə ağızdolusu danışırlar.

Biz isə onun ötən mövsümdə səhv görünən, amma əslində düz olan qərarlarından yazacağıq.

 

Vaqif Cavadov

“Qarabağ”da demək olar ki, sıradan oyunçuya çevrilən Vaqif Cavadov “İnter”ə təşrif buyurdu. “Qarabağ”da çox az sayda qol vuran Vaqif Cavadovu diriltmək üçün Kaxa digərlərinə hörmətsizlik etmiş oldu. Heyətdə uzun müddət tər tökən oyunçular qala-qala Kaxa kapitan sarğısını məhz Vaqif Cavadova verdi. Həmin vaxt içi mən qarışıq, çox adam Kaxanı qınadıq. Vaqif Cavadova kapitan sarğısının verilməsi həqiqətən də, əksər parametrlərinə görə səhv addım idi. Sözsüz ki, dünən gəmiyə ayaq basan, gəmidə hansı otağın kimə məxsus olduğunu belə bilməyən matrosun kapitan kürsüsünə çıxarılması düzgün deyildi. Amma vaxt gələcəkdi və həmin matros gəmini xilas edəcəkdi…

Bəli, Vaqif Cavadov gəmini xilas edənlərdən oldu. Eyni zamanda, “İnter”də özünəgüvəni geri qaytaran Vaqif Cavadov 14 qol vuraraq, özünü növbəti dəfə yararlı oyunçu kimi hiss etdi. Sözsüz ki, Vaqif Cavadovun özünəinamının qayıtması milli komandamız üçün də xeyirli oldu.

Amma Vaqif karyerasını komandasından üstün tutudu. İndi məsələ ilə bağlı müxtəlif versiyalar ortaya atılıb. Biri deyir ki, Vaqif səhv etdi, digəri deyir ki, klub. Hərənin özünə görə arqumenti var. Bu məqamlar bu yazının mövzusu olmadığı üçün məsələyə geniş şərh verməyəcəyik. Sadəcə, əlavə edək ki, bu gediş hər iki tərəf üçün heç də yaxşı nəticələnməyəcək.

 

Coşqun Diniyev

Yəqin xatırlayırsınız ki, “Simurq”la səfər oyununda əvəzedici heyətdə çıxış edən Coşqun Diniyev azarkeşlərlə, stadionda çalışan şəxslərlə problem yaşamışdı. Məsələni araşdıran İntizam Komitəsi Coşqun Diniyevə 9 oyunluq cəza vermişdi.

Həmin vaxt demək olar ki, hər kəs Coşqunun üzərinə gəlirdi. Futbolçunun yolunu azdığını, burnunun qalxdığını yazanlar, deyənlər vardı. Hətta işə Azərbaycan milli komandasının sabiq futbolçusu və məşqçisi Şahin Diniyev də qarışdı. Diniyev belə məsələyə görə, oğlunun təqsiri olduğu halda, üzr istəməyə hazır olduğunu bildirdi.

Gözlənilirdi  ki, bu cəza Coşqunun karyerasına mənfi təsir göstərəcək. Əslində, təsiri oldu, amma mənfi yox, müsbət mənada. Necə? Kaxaber Sxadadze gənc yarımmüdafiəçini əsas heyətə cəlb etdi və vacib oyunlarda onu döyüşə atdı, güvəndi.. Coşqun isə onun bu güvənini boşa çıxarmadı. Kaxa hesab edir ki, Coşqun növbəti mövsümdə əsas heyətdə oynamağa tam hazır olacaq.

 

Brus  Abdullaye

Ümumiyyətlə, Kaxaber Sxadadzenin ona qarşı gələn futbolçuları cəzalandırmaq kimi bir adəti yoxdur. Hazır olmayan futbolçu onun gözünün düşmənidir. Və hazır olmayan oyunçuları Kaxa hər zaman əvəzedici heyətə göndərib. Kimliyindən asılı olmayaraq.

Qarşı gəlmək məsələsinə gəlincə isə deyək ki, bu işi ən çox Brus Abdullaye edib. Lazımsız sarı vərəqələr almaq, oyunda artıq hərəkətlər etmək, futbolçunu məşq zamanı heç nədən zədələmək Brusun adəti idi. Amma bütün bunların fonunda Brus öz oyunu ilə də gündəmdə idi. Həmin vaxt söyləyirdik ki, Kaxa Brusdan çəkinir. Əslində, Kaxa Brusdan çəkinmirdi, komandanın mənafeyini düşünürək onun kaprizlərinə dözürdü… Bu da onun səhv görünən düzlərindən biri idi…

 

ELGİZ ABBASOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here