Poroşenko müharibədən qalib çıxacağına əmindir

0
282
“Ukrayna müharibə astanasındadır, lakin mən qalib gələcəyimizə əminəm”.
Bunu Ukrayna Milli müdafiə universitetində çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

O, ilk görüşünün hərbçilərlə keçirilməsinin təsadüfi olmadığını qeyd edib. “Bu, yeni tipli müharibədir. Bu müharibədə peşəkar, diversiya qrupları, muzdlular, könüllülər və yerli əhali iştirak edir. Bu könüllülərin və yerli əhalinin beyni yaxşıca “yuyulub”, – deyə o vurğulayıb.

P.Poroşenko ötən illər ərzində Ukrayna ordusunun məqsədli şəkildə məhv edildiyini də qeyd edib: “Biz müharibəyə ayaq yalın, silahsız əsgərlərlə qoşulduq”.

O həmçinin qeyd edib ki, Ukrayna ölkənin şərqində birtərəfli qaydada atəşi dayandıracaq: “Bu, qanunsuz silahlı dəstələrin üzvlərinin silahı yerə qoymasına və istəyən silahlıların ölkəni tərk etməsinə şərait yaradacaq”.

Prezident bildirib ki, planın həyata keçirilməsi onun birtərəfli qaydada atəşi dayandırmaq barədə əmrindən sonra başlayacaq: “Bundan dərhal sonra Donbassdakı hadisələrin bütün iştirakçıları prezidentin sülh planına dəstək verməlidir”.

P. Poroşenko atəşkəsin çox qısa müddət üçün nəzərdə tutulduğunu vurğulayaraq bəyan edib ki, bu müddətdə qanunsuz silahlı dəstələr tərksilah olmalı və bölgədə qayda-qanun yaranmalıdır.

Qeyd edək ki, tərksilah baş verməsə, Ukrayna rəhbərliyinin antiterror əməliyyatını daha sərt şəkildə bərpa edəcəyi gözlənilir.

 

Ukraynada terrorçularla döyüşə qadınlar gedir

Ukraynanın şərqində terrorçulara qarşı döyüşlərdə keçmiş “Berkut” xüsusi təyinatlıları ilə yanaşı, qadınlar da iştirak edirlər. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qadın döyüşçülər “Donbas” batalyonuna qoşulublar, “Berkut”un keçmiş üzvləri isə “Azov” batalyonunda hərbi təlimlərdə iştirak edirlər.

Məlumatda qeyd edilir ki, “Donbas” batalyonuna qoşulan qadın qrupu Maydan hadisələrində iştirak ediblər və ölkənin şərqindəki hərbi əməliyyatlarda iştirak edəcəklər.

 

Prezidentlər arasında telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Şərqi Ukraynada mümkün atəşkəs planı və Luqanskda iki rusiyalı jurnalistin öldürülməsi məsələsi müzakirə olunub. V. Putin Ukrayna hərbi qüvvələri və separatçılar arasında toqquşma zamanı iki rusiyalı televiziya jurnalistinin həyatını itirməsi ilə bağlı xüsusi narahatlığını ifadə edib.

P. Poroşenko Putinə başsağlığı verərək deyib ki, jurnalistləri qorumaq üçün müəyyən tədbirlər görüləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here