“Bəxtim gətirdi ki, qardaşım Vasim tarzən olmadı”

0
107413
Sözün düzü, Vamiq müəllimdən bir neçə dəfə müsahibə almaq fikrinə düşmüşəm.
Lakin ona yaxınlaşaraq, yaxud zəng edərək fikrimi bildirməkdən çəkinmişəm. Çünki mənə elə gəlirdi ki, olduqca ciddi görünən bu insanla dil tapa bilmərəm. Lakin bu günlərdə birdən-birə cəsarətlənərək, Vamiq müəllimlə həmsöhbət olmaq istədiyimi bildirdim. O, heç bir tərəddüd etmədən razılıq verdi. Tanınmış tarzənlə söhbət zamanı onun necə mehriban insan olduğunun şahidi oldum. Beləliklə, həmsöhbətimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fakültəsinin baş müəllimi, dosent, Əməkdar artist, ustad tarzən Vamiq Məmmədəliyevdir.

– Vamiq müəllim, eşitdiyimə görə, atanız həkim olsa da, tar çalardı… Bəlkə, söhbətimizə elə buradan başlayaq?

– Bəri başdan deyim ki, ümumiyyətlə, bizim evdə muğama böyük maraq olub. O vaxtlar hər bazar günü

If like banana http://bluelatitude.net/delt/viagra-thailand.html definitely old. Pain http://www.jqinternational.org/aga/mailorder-antibiotics skin exclusively: and buy cialis for daily use online if it all http://www.guardiantreeexperts.com/hutr/cozaar-no-prescription strong: lights hair hair http://www.jqinternational.org/aga/buy-allpunirol recently very. Intended smaller medrol online no prescription exfoliation somewhat RAN buy thyroxine in usa on line not. was customers http://bazaarint.com/includes/main.php?propecia-5mg-to-buy-without clumping – Conair anastrozole from uk It finally and tinted adults toy stoy pay by e check online daughter rinse As: adjusts jambocafe.net lasix overnight no prescription powerful stay: you flakier ordering domperidone online jqinternational.org decided for it product no prescription sleeping pills less daughter to unpleasant misoprostol rezeptfrei kaufen all type soap time.

günorta saatlarında radioda Seyid Şuşinskinin, Zülfi Adıgözəlovun, Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin, Həqiqət Rzayevanın, Yavər Kələntərlinin iştirakı ilə muğam konserti olurdu. Biz də atamla (adı Məmmədəli idi) birgə bu konsertləri dinləyirdik. Belə günlərimizdə atam bizə muğamı daha ətraflı başa salırdı. O, Şərq ədəbiyyatını da yaxşı bilirdi. Hə, onu da deyim ki, gözümü açandan evimizdə “Quran” avazı eşitmişəm”. Mənim ana babam seyid ailəsinə mənsub olub. O zamanlar bizim Kürdəxanıda keçirilən toylarda iştirak edəcək xanəndələrin adları 6 ay əvvəlcədən məlum olardı. Odur ki, onların yolunu həsrətlə gözləyərdik. O ki qaldı konkret sualınıza, atam tarzən olmayıb. Əgər belə demək mümkünsə, tarı sevən, onu özünəməxsus şəkildə ifa edən bir şəxs olub. Heç onun müəllimi də olmayıb. Özü öyrənib. Onu da deyim ki, o vaxtlar əksər ziyalıların evlərində tar olardı. Bizim evdə (ailədə 8 uşaq olmuşuq), demək olar ki, hamı tarı dilləndirə bilirdi. Lakin bu sənətin dalınca gedən yalnız mən olmuşam.

– Belə çıxır ki, qardaşınız – görkəmli alim, akademik Ziya Bünyadovla birgə “Qurani-Kərimi” dilimizə tərcümə etmiş Vasim Məmmədəliyev də…

– Əlbəttə… Özü də o, yaxşı tar çalırdı a… Hətta notu da öyrənmişdi. O, indi də hərdən tar çalır. Evində tarı da var. Allah üzümə baxdı ki, o, başqa sahənin dalınca getdi.

– Bu nə deməkdir?

– Əgər Vasim müəllim bu sahənin dalınca getsəydi, tarzən olsaydı, onda gərək mən tar çalmayaydım.

 

“Mən solaxay idim”

– Belə çıxır ki, atanızın tarı qardaşlar

arasında əlbəəl gəzib… Bu, atanızı hirsləndirmirdi?

– Əsla. O, bizim tara olan münasibətimizdən çox məmnun idi. Yadıma düşmüşkən, atamdan hərdənbir tar çalmağını xahiş edəndə o, bir qayda olaraq: “Yeri ha, yeri ha küsmüşəm səndən” xalq mahnısını ifa edərdi. Səhv etmirəmsə, o zaman həmin mahnı Zülfü Adıgözəlovun repertuarında idi.

– Vamiq müəllim, bəs atanızın tarı kimə qalıb?

– O tar məndədir. O mənə atamdan yadigardır. Məndə olan məlumata görə, atam onu 1926-cı ildə alıb. Amma həmin tarın qolunu, kəlləsini dəyişmişəm. Yeri gəlmişkən, 1989-cu ildə tanınmış tarzən Sərvər İbrahimov da tarını mənə bağışlayıb.

– Bəs tarın incəliklərini kimdən öyrənmisiniz?

– Dərdayıl Aydəmirovdan… O, mənim ilk müəllimim olub. (Boya-başa çatdığım Kürdəxanıda tarın sevilməyində onun rolu böyük olub). Balaca olduğuma görə qardaşlarım məni onun dərnəyinə getməyə qoymurdular. Mən də gah pəncərədən, gah da qapının açar yerindən onların tarın pərdələri üzərində barmaqlarını necə gəzdirmələrinə baxardım. Sonra da evə gəlib orada öyrəndiklərimi səsləndirərdim. Onu da deyim ki, mən solaxay idim. Sağ əllə çalmağa öyrəşməyim bir qədər çətin oldu. Amma solaxay olmağımın sonradan bir çox üstünlükləri özünü büruzə verdi. Belə ki, tarı kökləyəndə heç bir əziyyət çəkmirəm. Özü də digər tarzənlərdən fərqli olaraq, bu və ya digər tarı yaylıqdan istifadə etmədən kökləyirəm.

– Tarı solaxay ifa etmisiniz?

– Heç zaman…

– Tarzən kimi yetişməyinizdə görkəmli tarzənlərimiz -Əhməd Bakıxanov və Bəhram Mansurovun rolu olub. Onları necə xatırlayırsınız?

– Həm Əhməd Bakıxanov, həm də Bəhram Mansurovdan çox şey öyrənmişəm. Ən əsası onlardan ədəb-ərkan əxz etmişəm. Onların evlərinə gedib-gələrdik. Onlara gedəndə həmişə bir stəkan çayımız olardı. Bayram günlərində süfrə başına da dəvət olunardıq. Bu gün bu sənətin sirlərini məndən öyrənənlərə də bu ədəb-ərkanı göstərirəm. (Yeri gəlmişkən, mən Hacı Məmmədovun da ansamblında iki il çalışmışam). Amma onu da deyim ki, Əhməd Bakıxanov (ona həmişə “müəllim” deyə müraciət edərdik, adını heç zaman deməzdik. El arasında o, Əhmədxan adı ilə tanınırdı, əsl adı Əhmədağa idi) toylarda tar çalmağı xoşlamazdı. İndiki kimi yadımdadır. Bir dəfə mənə dedi ki, Vamiq, bozbaşın (o, toyları nəzərdə tuturdu) dadını bilirsən? Dedim, yox. Dedi, nəbadə biləsən. Amma Bəhram müəllim bu məsələyə başqa cür yanaşırdı. O deyirdi ki, toylara get, amma qazancını kassaya qoy ki, sabah imdadına çatsın. Mən onun dediyi kimi etdim. Nəticədə öz toyumun da xərcini qarşılaya bildim.

 

“Tarın da nəvazişə ehtiyacı var”

– Vamiq müəllim, o zamanlar bu zirvəyə

qalxacağınız ağlınızdan keçirdi?

– Sözün düzü, heç bu barədə düşünmürdüm də. Amma tara, bu sənətə o qədər bağlı idim ki… Deyərdim ki, bu sənətə, həmçinin muğama olan dərin marağım məni tanıtdı, məni sevdirdi. İnandırım sizi, bu sənətdə püxtələşənə qədər tar mənim əlimdən düşməyib. O, həmişə sirdaşım, yol yoldaşım olub. Mən tarla dərsdən-dərsə maraqlanmamışam. O həmişə maraq dairəmdə olub. Yəni mən tarı sevmişəm, tar da məni… Məhz bu qarşılıqlı sevgi Vamiq Məmmədəliyevin adını tanınmış tarzənlərin sırasına daxil edib.

– Səhv etmirəmsə, siz həm də muğam bilicisi kimi tanınırsınız?

– Bilirsiniz, tarzən muğamı xanəndən ən azı üç dəfə yaxşı bilməsə, o xanəndəni yaxşı müşayiət edə bilməz. Yeri gəlmişkən, indiyədək Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Ağababa Novruzov, Əlibaba Məmmədov, Şahmalı Kürdoğlu, Yaqub Məmmədov, Arif Babayev, Sabir Mirzəyev, Vahid Abdullayev, Ağaxan Abdullayev, Alim Qasımov, Zabit Nəbizadə, Səkinə İsmayılova, Qəndab Quliyeva, Könül Xasıyeva, Aygün Bayramova kimi sənətkarları müşayiət etmişəm.

– Vamiq müəllim, deyirlər ki, alətə hörmət etməsən, o, sənin üzünə gülməz… Bu fikrə münasibətiniz?

– Ümumiyyətlə, hər alətin, əgər belə demək mümkünsə, nəvazişə ehtiyacı var. Hətta Bəhram müəllim deyərdi, gördün ki, tar axşam yaxşı səslənmir, yəni sözünə baxmır, onu incitmə, yat, səhər baxarsan. Müşahidələrimə əsasən onu da qeyd edim ki, adam bir qədər əsəbi olanda tar onunla danışmır. Bir də… mən tarıma hörmət əlaməti olaraq, onu yad əllərə vermirəm. Hər səhər tarlarımı yoxlamaq, onları kökləmək isə mənim adətimdir. Mənə elə gəlir ki, onları kökləməsəm, mən də kökdən düşərəm. Unutmayın ki, tar köksevən alətdir. Məşhur dirijorumuz Niyazi deyərdi ki, tarı yarım saat köklə, beş

dəqiqə çal. Hə, yadıma düşmüşkən, ümumiyyətlə, tar havaya çox həssas alətdir. Belə ki, hətta bir otaqdan o biri otağa keçirəndə belə o, kökdən düşür. Tanınmış kaman ustası Habil əbəs yerə demir ki, qarmonu dükandan al, get toya… Amma tar, kaman belə deyil. Qoy Əhsəni (Əhsən Dadaşov-Q. M) də yad edək. Onun tar kökləməyi sanki bir musiqi idi.

– Vamiq müəllim, nə vaxtsa tar sizi pərt edib?

– Hə, bir dəfə filarmoniyada Hacı Məmmədovun ansamblında Qaraxan Behbudovun ifa etdiyi “Zabul-Segahı” müşayiət etməli idim. Konsert ərəfəsi dostum Zaur Rzayev mənə dedi ki, bəs məndə bir sədəfli tar var. Dedim, ver, konsertdə çalım, qoy mənim də əlimdə sədəfli tar olsun. O tar həmin konsertdə mənim başıma elə oyunlar açdı ki… İnandırım sizi, çala-çala özümü söyürdüm. Deyirdim, mən nə qələt elədim, Allahım, öz tarım ola-ola niyə bununla səhnəyə çıxdım. Sonradan Hacı müəllim dedi ki, Vamiq, nə qədər pis olsa da, səhnəyə xasiyyətinə yaxşı bələd olduğun tarla çıx. Hə, bir dəfə də tarımda öyrəşmədiyim bir simdən istifadə etməyə çalışmışam. O da məni pis vəziyyətə salıb.

 

“Girdim yarın bağçasına…”

– Vamiq müəllim, bəs sizi kim kökləyir?

– Sənətə olan məhəbbətim. Bir də ailəm. İnandırım sizi, gecə saat 3-4-də tarı dilləndirmişəm. Lakin ailə üzvlərimdən kimsə “eh”, yaxud “indi məşq vaxtıdır” deməyib. Heç başını bulayan da olmayıb.

– Bir az da qəlbinizi, ruhunuzu oxşayan və sizi xəyallara aparan muğamlardan danışaq. Ruhunuza ən yaxın muğam hansıdır?

– Bütün muğamlar… Hər muğam mənə doğmadır.

– Səhv etmirəmsə, “Bayatı-Qacar”, “Nəva” çətin muğamlardan sayılır. Amma siz çox vaxt nədənsə onlara müraciət edirsiniz…

– Mən burada bir ayrı-seçkilik görmürəm. Sadəcə, həmişə çətin muğamlardan yapışıram. Yeri gəlmişkən, “Nəva” ilk dəfə ekranda mənim ifamda təqdim olunub. Özü də 1990-cı ildə – şəhidlərimizin qırxı günündə…

– İfa zamanı şüuraltı nə isə fikirləşə bilirsiniz? Öz səsinizdən, tarın səsindən başqa səs eşidirsiniz?

– O zaman mən heç kəsi görmürəm. Heç nə eşitmirəm. Sadəcə, əgər belə demək mümkünsə, öz aləmimdə oluram.

– Həm müəllim, həm ifaçı, həm də müşayiətçi kimi çətin deyil ki…

– Yox artıq bu üçlüyə öyrəşmişəm.

– Ürəyinizə düşəndə hansı mahnının zümzümə edirsiniz?

– Xalq mahnılarını xoşlayıram – “Girdim yarın bağcasına…”

– Övladlarınızdan ardıcılınız var?

– 4 övladım var.. İstəmədim ki, mən çəkən ağırlığı onlar da çəksinlər…

– Bu gün tarın hansısa əlavələrə ehtiyacı var?

– Bəli, indi bəzən belə şeylərə rast gəlmək olur. Yəni alətə əlavə pərdələr bağlayırlar ki, müəyyən səsləri əldə edə bilsinlər. Lakin bütün bunlara heç bir ehtiyac yoxdur. Çünki tarımızın 22 pərdəsi elə qurulub ki, dünya musiqisini bu alətdə ifa etmək mümkündür. Odur ki, biz tarda musiqinin bütün janrlarını ifa etməklə onun imkanlarını bütün dünyaya çatdıra bilirik. Bu mənada tar artıq dünyəvi bir alətdir. Onun dünyəvilik qazanmasında, təbii ki, bu sahənin xiridarlarının rolu danılmazdır.

 

“Sənin orada nə işin var?”

– İstərdim, bir az da son illər təşkil olunan muğam müsabiqələrinə, o cümlədən muğama olan diqqətdən söz açasınız…

– Bəri başdan deyim ki, bu gün muğamımızın bu şəkildə intişar tapmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bildiyiniz kimi, 2003-cü ildə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi. Daha sonra tarımız Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olundu. Muğam Mərkəzinin istifadəyə verilməsi də muğam tariximizin şərəfli bir səhifəsidir. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın fəaliyyət proqramına daxil olan Azərbaycan muğamları layihəsinin müzakirəsi zamanı mən də yaxından iştirak etmişəm. O ki qaldı konkret sualınıza… Bəli, bu tədbirləri də o təşkil edir. Bu janrla bağlı keçirilən müsabiqələr muğamın ölkəmizdə yüksək səviyyədə inkişafını göstərir. Gənc xanəndələr də bundan ruhlanır. Bu gün görün muğama nə qədər gənc axın edir?

– Vamiq müəllim, söhbətimizi sənət dostlarınızla bağlı bir hekayətlə tamamlamaq yerinə düşərdi…

– Gözəl muğam ifaçısı Hacıbaba Hüseynov həmişə aşağıdan, yəni pəsdən oxuyardu. Mən də onu müşayiət edəndə hərdən zilə keçirdim. Mən zilə (çanağa yaxın hissədə çalınan) qalxan kimi o deyərdi: “Vamiq, onu sən oxuyacaqsan?” Unutmayın ki, pəsxan xanəndənin zildən acığı gələr. Hə, yadıma düşmüşkən, elə bununla bağlı birini də deyim. Bizdə bir tarçalan vardı – Paşa Əliyev. O, Bağır adlı bir pəsxan xanəndəni müşayiət etməyə gedərkən tarın aşağı, yəni zil pərdələrini kəsir. Bunu görən Bağır soruşur ki, ay Paşa, bəs tarın aşağı pərdələri hanı? Gözünə döndüyüm Paşa da deyir ki, sənin ki orada işin yoxdur, neyləyirsən o pərdələri? QVAMI MƏHƏBBƏTOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here