Qırmızı Qəsəbədəki ağsaqqallar evində görüş keçirilib

0
377

Quba rayonunun Qırmızı Qəsəbə inzibati ərazi dairəsində yerləşən ağsaqqalar evində dağ yahudiləri dini icmasının üzvləri ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi tərəfindən “Multikulturalizm və insan hüquqlarının müdafiəsi” mövzusunda görüş təşkil edilib. Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Pisax İsakov, dini icmanın üzvləri, ağsaqqallar iştirak ediblər. Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev dağ yəhudilərinin bu günlərdə qeyd etdikləri “Peysax” bayramı münasibəti ilə Müvəkkilin adından təbrik edib, onlara xoş arzularını çatdırıb. Daha sonra B. Əfəndiyev qeyd edib ki, yüzilliklər boyunca və hazırda da Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi yaşayır, etnik və dini icmalar arasında dözümlülük əlaqələri formalaşıb. Tarix boyu milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstəriblər: “1948-ci il 10 dekabr tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamədə xüsusi qeyd olunur ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”. Bu zaman digər beynəlxalq sənədlər kimi, 1981-ci il tarixli “Dözümsüzlüyün, din və ya əqidəyə əsaslanan ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında ” BMT Bəyannaməsi və UNESCO çərçivəsində 1995-ci ildə qəbul olunmuş “Dözümlülüyün prinsipləri haqqında Bəyannamə” də xüsusi yer tutur”.
Bundan başqa, görüş iştirakçılarına Ombudsman Elmira Sülymanovanın fəaliyyəti barədə geniş məlumat verilərək, insanların müxtəlif qrupları, o cümlədən milli azlıqların, müxtəlif dinlərə etiqad edən şəxslərin qayğılarının daim diqqət mərkəzində olduğu qeyd edilib. Dini icmanın üzvü, “Şöhrət” ordenli Boris Simanduyev keçirilən görüşə görə minnətdarlıqnı bildirib, xanım Elmira Süleymanovanın regiona səfəri zamanı hər dəfə onlarla görüşdüyünü qeyd edib. Amil Tağıyev, Quba