Almaniya Portuqaliyanı darmadağın etdi

0
525

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı davam edir. İyunun 16-da Salvador şəhərindəki “Fonte Nova” stadionunda “G” qrupunda mübarizə aparan Almaniya və Portuqaliya yığmaları qarşılaşıblar.

Serbiyalı baş hakim Milorad Mazicin idarə etdiyi və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Almaniya komandası Portuqaliya millisini 4:0 hesabı ilə məğlub edərək dünya çempionatına qalibiyyətlə başlayıb.
Oyunun 12-ci dəqiqəsində Almaniya yığmasının hücumçusu Tomas Müller on bir metrlik cərimə zərbəsi ilə hesabı açıb. Görüşün 32-ci dəqiqəsində almaniyalı müdafiəçi Mats Hummels komandasının ikinci topunu vurub. Görüşün 37-ci dəqiqəsində Portuqaliya yığmasının futbolçusu Pepe qırmızı vərəqə alıb. Oyunun 45-ci dəqiqəsində Tomas Müller komandasının üçüncü topunu vurub.
Qarşılaşmanın ikinci hissəsində – 78-ci dəqiqədə Tomas Müller komandasının dördüncü topunu vuraraq het-trik edib və Almaniya yığmasının böyük hesablı qələbəsini rəsmiləşdirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here