“PKK-nın önünü AKP açmışdır”

0
557

“Türkiyədə terroristlərə yardım edən, onlara şərait yaradan AKP-nin idarəçiləridir”
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaoğlu Türkiyədə baş verən son terror hadisəsini şərh edib. O çıxışında hökuməti ittiham edərək hakim partiyanın terroristlərə yardım etdiyini deyib: “Türkiyədə terroristlərə yardım edən, onlara şərait yaradan AKP-nin (Ədalət və İnkişaf Partiyası) idarəçiləridir. Seçkilərdə səs yığıb ölkəni idarə etmək əvəzinə PKK-ya dəstək olurlar. Təhlükəsizlik qüvvələri dəfələrlə yazılı şəkildə bildiriblər ki, silahlı dəstələrlə mübarizə aparmaq lazımdır. Lakin hakim dairələr nədənsə buna vaxtında reaksiya vermirlər. Bu insanlar haqqında ölçü götürmək əvəzinə təhsil ocaqlarını, müəllimləri hədəf alıblar”.
K. Kılıçdaoğlu eyni zamanda ölkədə demokratiyanın olmadığını və fikrini ifadə edən ziyalıların hakim qüvvələr tərəfindən təqib olunduğunu deyib. Onun sözlərinə görə parlament sistemi artıq öz fəliyyətini yerinə yetirmir: ” 30 mart 2015-ci il tarixindən parlament sistemi artıq iflic vəziyyətdədir. Buna ilk kim reaksiya verməli idi? Əlbəttə ki, TBMM sədri. Lakin qorxusundan nəinki sədr, heç kim səsini çıxarmadı. Parlament oturacağı ürəkli insanların yeridir. Düşüncəsini açıq şəkildə ifadə edən ziyalıları həbsə ataraq, bu ölkədə demokratiyadan danışa bilməzsiniz. Medianın önünə əngəllərin qoyulması Türkiyədə demokratiyanın olmadığını göstərən bariz nümunədir “.
Hökumətin PKK-nın bütün fəaliyyətlərindən xəbərdar olduğunu deyən K. Kılıçdaroğlu baş verəcək hadisələrin qarşısını almaq üçün siyasi güclərin heç bir cəhd göstərmədiyini bildirib: “Ölkə rəhbərliyinin PKK-nın silahlanmasından bixəbər olması mümkün deyil. PKK 200 min ton bombanı şəhərlərə doldurdu, özləri üçün məhkəmə qurdular, yollarda avtomobilləri saxlayıb yoxlanış apardılar. Ölkə başçısı buna əngəl olmaq üçün heç bir addım atmadı. Terrorizmlə birgə mübarizə aparmalıyıq. Fikirlərimiz, inanclarımız fərqli ola bilər amma bu ölkə hamımızındır. Ilk növbədə buna TBMM müdaxilə etməlidir. TBMM sədri hər bir partiya ilə ayrı-ayrılıqda görüşməli onların fikrini almalı, müzakirələr aparmalıdır”.