ABŞ-ın Türkiyədəki səfirliyi növbəti dəfə terror xəbərdarlığı edib

0
428

Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfirliyi bu ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərinə terrorla bağlı xəbərdarlıq məktubu göndərib.

APA-nın “Habertürk”ə istinadən məlumatına görə, səfirliyin məktubunda martın 30-da Türkiyədə növbəti terror hücumlarının gözlənildiyi bildirilib. Kəşfiyyat məlumatları əsasında hazırlanmış məktubda ABŞ vətəndaşlarının inzibati, hərbi strukturların yerləşdiyi binalardan, diplomatik korpuslara məxsus ərazilərdən, ibadət yerlərindən, əyləncə və ticarət mərkəzlərindən uzaq durmaları istənilir. Məktubda qeyd olunub ki, insanların sıx olduğu yerlər təhlükəlidir.

Qeyd edək ki, səfirlik ABŞ vətəndaşlarına martın 11-də də eyni məzmunlu məktub yollayıb. Bundan iki gün sonra Ankarada 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayış törədilib.