Debütant “bankirlər”i ikinci pillədən saldı

0
480

Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Günün ilk qarşılaşması Lənkəranda baş tutub.

Autsayderlərin duelində “Xəzər Lənkəran” “Rəvan”ı qəbul edib. Hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşmada qol vurulmayıb. Qələbəsizlik seriyasını qıra bilməyən komandalar hərəyə bir xal qazanaraq, mövqelərini dəyişməyiblər.

Günün ikinci matçında son çempion “Qarabağ” AZAL-a qonaq olub. Son 3 matçında qalib gələ bilməyən ağdamlılar ikinci yarının ilk oyununda da qələbəyə həsrət qalıb. Tərlan Əhmədovun komandası minimalhesablı qələbə qazanıb. Bu, Qurban Qurbanovun yetirmələrinin ardıcıl 3-cü məğlubiyyətidir. “Təyyarəçilər” isə rəqibindən fərqli olaraq ardıcıl dördüncü oyununda qələbəyə sevinərək, xal ehtiyatını artırıb.

Tura paytaxt derbisi ilə yekun vurulub. İlk “üçlük”də qərarlaşmış “Zirə” və “İnter” debütantın meydanında qarşılaşıblar. İlk iki dövrədəki oyunlardan qolsuz ayrılan bakılıların duelində bu dəfə 3 qol vurulub. Debütant qalib gələrək, “bankirlər”i ikinci pillədən salıb və həmin mövqeyə sahib çıxıblar.