2015-ci ilin qazanan və müflis olan milyarderləri

0
192

Geridə buraxdığımız 2015-ci ili dünyanın ən zəngin insanlarının bəziləri yaxşı keçməmişlər.

İqtisadiyyatçılar bunu dünya bazarlarındakı qeyri-sabitliklə əlaqələndirdilər. Neftin qiymətinin aşağı düşməsi, istehlak bazarındakı azalma, Çinin iqtisadi inkişafının yavaşıması və s. bir çox amillər dünya iş adamlarının işinə də mənfi təsir etmişdir. Bütün bu təsirlərə tab gətirə bilən nəhəng şirkətlər öz varlığını qoruyub saxlamış, tab gətirə bilməyənlər müflis olmuşlar. Budur, 2015-ci ilin qazanan və müflis olan milyarderləri və onların şirkətləri:

– 2015-ci ildə meksikalı neft milyarderi Karlos Slim Xel sahibi olduğu “America Movil SAB” telekommunikasiya şirkətinin müflis olması ilə sərvətindən 19,6 milyard dollar pul itirib. Şirkət səhmlərinin qiymətinin sürətlə aşağı düşməsi 75 yaşındakı milyarderin sərvətinin ¼ -ni itirməsinə səbəb olub.

– 2015-ci il “Microsoft”un qurucusu Bill Geyts üçün də uğurlu keçməyib. Belə ki, Bill Geyts sərvətindən 3 milyard dollar itirib. Buna baxmayaraq, Geyts 56,4 milyard dollarlıq sərvətilə “dünyanın ən zəngin insanı” ünvanını qoruyub saxlayıb.

– ABŞ-lı investor Uarren Buffet də ötən ilin kədərlənən milyarderləri arasında yer alıb. Buffetin investisiya şirkəti “Berkshire Hathaway” 2011-ci ildən sonra ilk dəfə 2015-ci ildə illik zərərini açıqlayıb. ABŞ-lı investor keçən il sərvətindən 11.3 milyard dollar pul itirib. Şirkətin 57 faizinə sahib olan Buffetin sərvəti bununla da 20 milyard dollara düşüb. Buna baxmayaraq, ABŞ-lı milyarder “Dünyanın ən zəngin insanları” siyahısında 5-ci yerdədir.

– “Amazon.com” şirkətinin qurucusu Ceff Bezos üçün isə, keçən il olduqca uğurlu keçib. Sərvətinə 30,7 milyard dollar əlavə edən milyarder “Bloomberq”in “Milyarder indeks”ində 16-cı sıradan 4-cü sıraya yüksəlməyi bacarıb. Bununla kifayətlənməyən milyarder bir müddətdən sonra film sənayesinə girərək, Hollivudla rəqabət aparmağa başlayıb.

– Dünyanın ən böyük geyim və aksessuar markalarının yer aldığı “İndetex Group”un sahibi olan Amansio Orteqa 2015-ci ilin ən çox qazanan iş adamlarından biri olub. Orteqa sərvətini 12,1 milyard dollar artıraraq 73,2 milyard dollara yüksəldib. “Zara”, “Zara Home”, “Bershka”, “Pull and Bear”, “Stradivarius”, “Massimo Dutti”, “Oysho” kimi brendlərin sahibi olan Orteqa 2015-ci ildə “Avropanın ən zəngin iş adamı” ünvanını əlində saxlamağı bacarıb.

– 2015-ci ili qazancla başa vuran digər milyarderlərdən biri də çinli iş adamı Vang Cianlin ( Wang Jianlin ) olub. Çinin ən zəngin iş adamı, “AliBaba” nın sahibi olan Cianlin keçən il sərvətini 11,7 milyard dollar artıraraq 36,9 milyard dollar edib.